“Türk Hava Yolları”ndan Azərbaycana qarşı təxribat: Xankəndini Stepanakert etdilər (FOTOFAKT)
"Türk Hava Yolları” şirkətinin təyyarəsindəki 3D xəritəsində işğal altında olan Xankəndi Stepanakert olaraq təqdim edilib.
Bu barədə AZXEBER.COM-a Ülviyyə Muradova adlı oxucu məlumat verib. Onun sözlərinə görə, THY-nın İstanbul Ankara reysindən istifadə etdiyi zaman bu faktla qarşılaşıb. O bu barədə şirkətə məlumat verdiyini, amma heç bir dəyişikliyin edilmədiyini söyləyib.
Şirkətin Azərbaycanın əzəli torpağını erməni adı ilə hansı səbəbdən təqdim etməsi məlum deyil.