AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəqədi qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb - Video, foto

  • + A
  • - A
  • 14-10-2022, 15:37

    Binəqədi  qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb - Video, foto

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Nəzarət tədbirləri zamanı qəsəbənin Rəsulzadə küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasına qanunsuz su xəttinin çəkildiyi aşkarlanıb. Texniki şərt almadan və “Azərsu” ASC ilə müqavilə bağlamadan yaxınlıqdan keçən magistrala qeyri-qanuni qoşulan obyekt sahibinə xəbərdarlıq edilsə də, o, qanunsuz əməlindən əl çəkmək istəmir.
    Xocasən qəsəbəsindəki “Xan” çay evində ilk baxışda hər şeyin qaydasında olduğu görünür. Obyektin sayğacı da var, müqaviləsi də. Amma sayğacdan bir damcı belə su keçmir.
    Oxşar vəziyyət Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən Kratos restoranında da aşkarlanıb. Obyektin sayğacı olsa da, sahibkar tələbatının əsas hissəsini qeyri-qanuni çəkilmiş xətt vasitəsilə ödəyir. Aparılan nəzarət tədbirləri nəticəsində bir sıra fərdi yaşayış evlərinin də sudan qanunsuz istifadə etdiyi aşkarlanıb. Belə ki, Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində yeni tikilmiş fərdi yaşayış evləri yaxınlıqdan keçən 300 mm diametrli magistral paylayıcı su kəmərinə qoşulub.
    Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda, bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur.
    “Azərsu” ASC abonentlərin nəzərinə bir daha çatdırır ki, belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu kimi halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
    Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7216 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 800 min kubmetr həcmində sərfiyyat bərpa olunub. İlin əvvəlindən Binəqədi rayonunda aşkarlanmış 1528 qeyri-qanuni istifadə halının qarşısının alınması nəticəsində 374 min kubmetr sərfiyyat bərpa olunub. Cari ilin yanvar-sentyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
    https://www.youtube.com/watch?v=SQso3La_kTM





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR