"+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.