Çox təəssüf ki, vəkil deyiləm və hüquqi nümayəndə kimi də işə çıxa bilmərəm. Rəşad Dağlıya 120.1-lə yox, 122.1-lə cinayət işi açılmalı və o, bu maddəyə əsasən mühakimə olunmalıdır.
Bu sözləri ixtisasca hüquqşünas olan AzNews.az saytının Baş redaktoru Taleh Şahsuvarlı bildirib.
T.Şahsuvarlı qeyd edib ki, 122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmədir. Belə vəziyyətdə qətl törədən şəxs ki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəs hazırki açılan maddə ilə Rəşad Dağlını hansı cəza gözləyir? Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı
Azadmedia.az-a bildirib ki, 120.1-lə açılan cinayət işinin azadlıqdan məhrumetmə cəzasının müddəti minimum 9, maksimum 14 ildir.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.