AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karonavirusdan dünyasını dəyişən qadına yenidən komisyon məhkəmə-tibbi ekspertizası təyin edildi

  • + A
  • - A
  • 11-11-2022, 14:38

    Karonavirusdan dünyasını dəyişən qadına yenidən komisyon məhkəmə-tibbi ekspertizası təyin edildi

    Vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanmışdır.
    Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat etmiş Asya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınmışdır.
    Araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməmişdir.
    Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
    Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR