AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətlə yetirilən şəxs LDU-nun tələbəsi olub

  • + A
  • - A
  • 18-11-2022, 10:40

    Qətlə yetirilən şəxs LDU-nun tələbəsi olub

    Noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
    Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
    Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    İş üzrə istintaq davam edir.
    Azadmedia.az-a daxil olan məlumata görə Tosif Şöhlət oğlu Nəsirov Lənkəran Dövlət Universitetinin Turizm işinin təşkili ixtisasının III tədris ili tələbəsi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR