AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 22-12-2022, 13:01

    Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini olan bir qadın 700 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat verib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayonun Əhmədli kənd sakini Rüfət Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs şəhər ərazisində alış-veriş edən qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Həmin qadın yaşadığı evə daxil olmaq istəyərkən R.Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır


    Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib. Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.


    ❗Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün alınması barədə polisə məlumat daxil olub.
    Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

    ❗Oğurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb

    Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
    Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.
    Araşdırma aparılır.

    ❗Avtomobil qaçıranlar saxlanılıb

    Dekabrın 4-də Binəqədi rayonu ərazisindən A.Bayramova məxsus “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Bağırov saxlanılıb.
    Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 21-də rayonunun Qırxçıraq kəndi ərazisindən F.Şirinova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Xalid Mirişov avtomobillə birgə saxlanılılıb.
    Hər iki faktla bağlı araşdırma aparlır.

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb


    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar. Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilərək götürülüb.

    Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR