DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birindən gecə saatlarında içərisində 8784 manat nağd pul olan ödəniş terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lütfulla Qənbərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, gecə saat 03 radələrində gizli yolla marketə daxil olan həmin şəxs orada qoyulmuş ödəmə terminalını başqa yerdə sındırıb içərisindəki pulları götürmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq aparıb. Oğurlanan ödəniş aparatı içərisindəki nağd pulla birlikdə L.Qənbərovun gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.