Xəstəxanada yeni doğulan körpəyə işgəncə verən tibb bacıları - ŞOK VİDEO
Səudiyyə Ərəbistanında yeni doğan bir körpənin ənsəsini və alnını əlləriylə sıxışdırıb əylənən tibb bacıları vəzifələrindən kənarlaşdırılıb.
Unikal.org xəbər verir ki, yeni doğulan körpə ilə işgəncə formasında əylənən tibb bacıları görüntüləri sosial şəbəkələrdə yayımlanıb.
İnsanlar tərəfindən tənqid olunan tibb bacıları dərhal vəzifələrindən kənarlaşdırılıb.
İngilis Daily Star qəzetinə əks olunan xəbərdə, adı açıqlamayan tibb bacılarının lisenziyalarının ləğv edildiyi və hər hansı bir xəstəxanada bir daha vəzifə tuta bilməyəcəyi açıqlanıb.
Körpənin atası isə Səudiyyə mediasına verdiyi açıqlamada, görüntülərdən şok olduqlarını və dəhşətə düşdüklərini söyləyib.