AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin sökülməsi işlərini davam etdirir

  • + A
  • - A
  • 13-01-2023, 17:15

    Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin sökülməsi işlərini davam etdirir

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Birgə tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir.

    Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində 13 yanvar 2023-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində vətəndaş Talışov Arzuman Qabil oğlu tərəfindən qeyri-qanunu şəkildə zəbt olunmuş torpaq sahəsində qanunsuz tikilən obyektin söküntüsünə başlanılıb.

    Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır və xatırladır ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR