AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvarda internet çəkənlər 7 000 abonenti qazsız qoydu - Yeniləndi

  • + A
  • - A
  • 15-01-2023, 18:01

    Biləsuvarda internet çəkənlər 7 000 abonenti qazsız qoydu - Yeniləndi

    Biləsuvar rayonunda olan abonentlər qazsız qalıb. Azəriqaz İstehsalat Birliyinin Lənkəran Regional Birliyinin rəhbəri Namiq Məmmədovun verdiyi məlumata görə şəhərin M.İbrahimov küçəsində "Azconnect" şirkəti tərəfindən internet xətti üçün qazıntı işi apararkən PE 225mm-lik qaz xəttinin 110mm-lik çıxışını zədələmişdir. Nəticədə "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və şəhərin bir hissəsi ümumilikdə 7000 abonentin qaz təminatı saat 17:13 radələrində dayandırıldı .
    Namiq müəllim qeyd olunan ərazilərdə yaşayan abonentlərin diqqətinə çatdırdı ki,
    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi unutmasınlar.
    Qeyd:Azəriqaz İstehsalat Birliyinin Lənkəran Regional Birliyinin rəhbəri Namiq Məmmədovun verdiyi məlumata görə sözügedən ərazilərə qazın verilişi saat 20:10-da bərpa edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR