Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İslam Dövləti və Əl-Qaidə qruplaşmasının 10 silahlısını saxlayıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“İstanbul Baş Prokurorluğu araşdırma zamanı İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan və yaraqlılarla münaqişə zonalarında olan şəxsləri müəyyən edib”, - nəşr yazır.
Saxlanılanların hamısının başqa dövlətlərin vətəndaşları olduğu qeyd edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.