Masallı şəhəri ərazisində növbəti qanunsuz tikili Digah küçəsində sökülüb.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzərət Dövlət Agentliyinin 26 dekabr 2022-ci il tarixli 17 nömrəli qərarı ilə Masallı şəhəri Digah küçəsində 2 mərtəbədən ibarət ümumi sahəsi 400 kv.metr olan obyektin söküntüsü işləri həyata keçirilib.
Qeyd etmək istərdik ki, obyekt Masallı şəhər, Qurtuluş küçəsi ev 10 ünvanında yaşayan, Əliyev Elxan Qulamhüseyn oğlunun hüquqi sənədi olmadan mülkiyyəti dövlətə məxsus torpaq sahəsində qanunsuz olaraq tikilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.