Gürcüstanda 4,4 və 3,3 bal gücündə iki zəlzələ baş verib. Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, 4,4 bal gücündə təkanlar Bakı vaxtı ilə saat 12:07-də baş verib, zəlzələnin episentri Ozurqeti şəhəri yaxınlığındakı Qomi kəndi olub. İkinci zəlzələ Bakı vaxtı ilə saat 12:21-də Baxmaro dağ kurortundan bir neçə kilometr aralıda 3,3 bal gücündə baş verib.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.