AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • + A
  • - A
  • 15-02-2023, 09:12

    Avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
    əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən şöbəyə gətirilib. Üzərində aparılan baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. R.İsmayılovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən edilib. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR