AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

  • + A
  • - A
  • 20-02-2023, 10:43

    Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

    Xəbər verildiyi kimi, Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Ruslan Bayramovun ötən il oktyabrın 19-da öldürülməsi barədə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

    Baş Prokurorluqdan Azadmedia.az-a verilən məlumata görə ibtidai istintaqla 1990-cı il təvəllüdlü Mustafa Eyubovun aralarında yaranmış mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Mustafa Eyubova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan edilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR