“Azəri məhkəməyə verəcəyik...” - Ölən direktorun qızı
Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur".
Bu sözləri musavat.com-a açıqlamasında ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı 171 saylı orta məktəbin vəfat edən direktorunun qızı deyib. Mərhum direktor Telman Qardaşovun qızı bildirib ki, Azər hər şeyə görə cavab verməlidir: "O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik".
Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər. Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.