"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var
Dünən axşam saatlarında Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib.
Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.