Bakı ilə Qəbələ arasında sürət qatarı hərəkətə başlayır.
Sərnişin daşınması martın 18-də başlayacaq, biletlər bu gündən etibarən satışa çıxarılıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Marşrut üzrə birtərəfli gediş haqqı standart sinif üçün 14 manat , biznes sinif üçün 31 manat , birinci sinif üçün 93 manat təşkil edir.
Daşıma İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan dörd vaqonlu ikimərtəbəli yüksək sürətli sərnişin qatarı ilə həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.