Sputnik V peyvəndini hazırlayanlardan biri olan Andrey Botikov evində kəmərlə boğularaq öldürülüb. Həmin şəxsin dindirilərkən törətdiyi cinayəti etiraf etdiyi xəbərdarlıq etdiyi də məlumatlar arasındadır.
Azadmedia.az türk mediasına istinadla xəbər verir ki, Sputnik V peyvəndini hazırlayan 18 nəfərdən biri olan 48 yaşlı rus alimi Andrey Botikov Moskvanın şimal-qərbindəki evində kəmərlə boğularaq öldürülüb. Moskva İstintaq Komitəsinin sədr müavini Yuliya İvanova qətllə bağlı məlumat verib və bildirib ki, 29 yaşlı şəxs Andrey Botikovun evində olub və iki nəfər arasında mübahisə nəticəsində rus alimini götürdüyü kəmərlə boğub. İvanova əlavə edib ki, qətli törədən şəxs dindirilərkən günahını etiraf edib və bu şəxsin əvvəllər bəzi cinayətlərə görə məhkumluğu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.