AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.

  • + A
  • - A
  • 7-03-2023, 10:07

    Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR