Xəbər verdiyimiz kimi, əkin yerləri susuz qalan kəndilər yolu bağlayaraq aksiya keçirməyə cəhd edib. Aksiyanın qarşısı polislər tərəfindən alınıb. Sosial şəbəkədə polislərin etirazçılara atəş açması xəbərinə rast gəlinir.
Məsələ ilə bağlı DİN rəsmi sorğumiza cavab verib.
"Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir".
Bunu Azadmedia.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, plisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.