Naxçıvan şəhərində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının xilas olunması təmin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.