AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Haclıbala Abutalıbov daha bir yaşlı qadını öldürdü

  • + A
  • - A
  • 16-04-2018, 10:26

    Haclıbala Abutalıbov daha bir yaşlı qadını öldürdü















    Bakıda avtomobil küçələri təmizləyən daha bir xadimə qadını vuraraq öldürüb. Bu barədə virtualaz.org-a hadisənin şahidləri xəbər veriblər.

    Hadisə dünən təxminən 15:30-da Atatürk prospektində baş verib.

    Şahidlərin bildirdiyinə görə, avtomobilin vurduğu qadının əynindən dərhal küçə təmizləyənlərin xüsusi geyimi çıxarılıb ki, heç kim onun kommunal xidmət əməkdaşı olduğunu bilməsin.

    İctimaiyyətin iradlarına və KİV-lərdə dərc olunmuş tənqidi yazılara baxmayaraq, şəhər rəhbərliyi xüsusi təmizləyici texnika (dünyanın bütün sivil ölkələrində olduğu kimi!!!) almaqdan imtina edib və bu səhlənkarlıq ucbatından daha bir xadimə qadın ölüb. Bu artıq üçüncü belə sonluqdur! Maraqlıdır, daha neçə adam ölməlidir ki, şəhər hakimiyyəti fikrini dəyişsin və paytaxtın əsas magistrallarından xadimələri yığışdırsın?!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR