Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb
Hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.