AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı

  • + A
  • - A
  • 14-04-2023, 11:49

    Qardaşından xəbər ala bilmədi, evdən meyiti tapıldı

    Aprelin 14-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 22 yaşlı oğlanın bağlı qapı arxasında qalması barədə FHN-ə məlumat daxil olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda polis serjantı kimi çalışan şəxs müraciətində qardaşı, 2001-ci il təvəllüdlü N.Musaxanlının zənglərə cavab vermədiyini bildirib. Dərhal xilasetmə xidmətinin əməkdaşları evə daxil olmaq üçün işə başlayıb. Onlar qapını qıraraq mənzilə daxil olanda N.Musaxanlının evin girişindəki turnikdən özünü asdığını görüblər.

    22 yaşlı şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğuna məlumat verilib və araşdırmalara başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR