AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb

  • + A
  • - A
  • 15-04-2023, 13:23

    Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb

    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son 1 ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanılıb. Onlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb. Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
    Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlarn davam etdirilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR