Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.
Azadmedia.az xəbər verir ki, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.