Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Azadmedia.az xəbər verir ki, məlumatı jurnalist Arifə Əliyeva şəxsi facebook səhifəsində yayıb. Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Xəbər yenilənəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.