FHN Mətbuat xidmətinin məlumatı
Azadmedia az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.
Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından 2 nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.