Zaur danışdı: "Mən bütün açıqlamalarımı ..." - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq dərrman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.
Qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən” verilişidir.
Zaur Baxşəliyev mövzu ilə bağlı bu gün canlı yayımda kiçik açıqlama verib.
O bildirib ki, etdiyi əməllərə görə heç kimə hesabat verməyəcək: "Mən bütün açıqlamalarımı, müsahibələrimi Allah qarşısında verirəm. Və Allah mənim niyyətimi, istəyimi hər kəsdən yaxşı bilir".
Həmin görüntüləri təqdim edirik: