AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dəyanət intihar etməyib, onu..." - psixoloqun bacısı hər şeyi açıb danışdı

  • + A
  • - A
  • 2-02-2017, 13:19

    Psixoloq və tanınmış ekspert-mütəxəsis Dəyanət Rzayevin intiharı ətrafında hələ ekspertizanin rəyi vəaparılan təhqiqatların nəticəsi açıqlanmasa da, mətbuatda və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş və əsli olmayan xəbərlər dərc edillər

    Ehtimalları fakt və sübut kimi dəyərlərindən bəzi media mənsublarının bu cür davranışları mərhumun ailə üzvlərini, yaxınlarını və əzizlərini çox məyus edir.

    Məhz, buna görə də üz tutan, mərhumun bacısı Mehriban Rzayeva bəzi məqamlarla bağlı açıqlama verib.

    …Mətbuatda yazırlar ki, guya qardaşım Dəyanətin küllü miqdarda borcları varmış, ali təhsili isə yox imiş. Qardaşım Dəyanət Rzayev haqqında söylənilən fikirlərin heç biri, qətiyyən, doğru deyil. Dəyanətin heç kimə 1 qəpik belə borcu olmayıb, yoxdur da. Lakin ona coxlu borcu olanlar var idi. Onun ali təhsilinin olmaması haqqında yazanlara, danışanlara demək istəyirəm ki, Dəyanətin 3 ali təhsili vardı. Onun haqqında dərc edilən və həqiqəti əks etdirməyən yazılar bizi çox narahat edir. Axı, əsli olmayan, doğruluğunu təsdiq edən fakt-sübut və sənədlər olmadan necə həyatda olmayan bir insanın arxasınca bu cür xoşagəlməz fikirləri səsləndirib, ictimailəşdirmək olar. Əksinə, qardaşımın vəfatından sonra öyrəndik ki, onu nə qədərtanımadığımız insan sevirmiş. Onlar yazırlar ki, Dəyanət necə ağır, çətin durumlarında bu şəxslərə təmənnasız kömək əlini uzadıb. Hansı ki, biz heç bu adamların mövcudluqlarından xəbərsiz idik. Bütün bunlar indi-indi üzə çıxır…

    Biri yazır ki, "Dəyanət məni intihardan xilas edib", o biri yazır ki, "Bu gün övladım Dəyatin köməyi sayəsində özünə inamını bərpa edib" və s. Dəyanət çox xeyirxah insan idi. Qardaşımın yanına o qədər imkansız, hətta konsultasiya xidməti haqqını ödəmək iqtidarında olmayan xəstələr göndərirdim ki, arada utanırdım.

    Onda Dəyanət deyirdi ki, əgər insanların köməyə ehtiyacı varsa, onları mütəxəsis yanına göndərməkdən utanma. Mənim qazancım xilas etdiyim insanların həyatıdır. Mənim qardaşım dünya malına bağlı insan deyildi. O heç vaxt belə bir məqsəd qoymurdu ki, bahalı, telefon saat, maşın alsın. Hətta onun şəxsi avtomobili də yox idi, ictimayi nəqliyyatdan istifadə edirdi. Ala bilərdi, buna imkanı da çatırdı. Lakin, o, daha çox heyvanları sevər, müdafiəsinə qalxardı. Boşanmaya görə depessiyaya düşməyib Dəyanət. İlk ailəsindən ayrımışdı. Ancaq çox sakit, anlaşaraq. Hər zaman da münasibətləri çox yaxşıydı. 3 il idi ki, boşanmışdı.Həyat yoldaşı da onun bu qərarına qarşılıqlı qərar verdi. O evlənməyə hazırlaşırdı. Son zamanlar cox xoşbəxt idi və gələcəyə ümüdlə baxirdı. Evlənəcəyi xanım da bu xəbərlə barışmaq istəmir. Ona da çox ağırdır. Hamının vəziyyəti bu hadisədən sonra pisdir. Keçmiş həyat yoldaşının da, evlənmək istədiyi xanımın da… Dəyanət niyə intihar etməliydi ki? Hələki istintaq gedir. Ona görə də, mən hələ bu haqda dəqiq heç nə deyə bilmərəm. Çünkü özümüz sual içindəyik. Vaxt getdikcə, daha çox suallar artır. Ona görə də, bu istintaq bitsin, baxaq qərar nə olacaq, ondan sonra mütləq açıqlama verəcəyik.

    Bəziləri deyir ki, hardanıydı 2 mənzili? Necə, hardanıydı? Dəyanət gözünü açandan işləyirdi, əziyyət çəkirdi, pul qazanırdı. Niyə də onun mənzili olmayaydı kı… Dəyanətin minimum 25 il əmək stajı vardı. Yazırlar ki, guya onun çoxlu borcu, hansısa banka krediti vardı… Çox əsassız fikirlərdir. Həmin sayta zəng edib soruşdum ki, bu məlumatı hardan almısınız? Və ya bu xəbərləri kim və hansı məqsədlə sizə ötürür? Hardadır həmin borc verənlər, kredit verən debitorlar? Hansısa uydurma imzanın sahibi də ortaya çıxmadı.

    Tələb etdim ki, qardaşımın ölümündən sonra onun haqqını tapdalayanlar ədalət naminə təkzib verib üzr istəməlidirlər. Və qeyd etmək istəyirəmki, hal-hazırda onun haqqında müsahibə verən bəzi "psixoloqlar" vaxtı ilə onun tələbələri olublar və onların indiki fəaliyyətlərində Dəyanətin əməyi böyuk idi. Onların Dəyanət haqqında mənfi rəy verməyə ən azı mənəvi iqtidarları çatmır.

    Onun qeyri-adiliyi ondan ibarət idi ki, dünya malında gözü yox idi, dünya malına bağlı deyildi. İkincisi, o nəinki köməksiz, imkansız insanlara, həmçinin, heyvanlara belə təmənnasız yardım edirdi. Dəyanət öyrənmək istəyən insanlara kömək edirdi. Görürdü ki, adamın öyrənməyə həvəsi var, təmənnasız öyrədirdi, müalicə edirdi. Cox zarafatçıl, sözü üzə deyən və dürüst insanıydı. Onun xeyriyyəçiliyi bütün Azərbaycana məlumuydu və onun bu hərəkəti heç vaxt göstəriş xarakterli olmayıb…

    Onun intaharı bizim üçün anlaşılmazdır. Təhqiqat gedir. Hər şey məlum olacaq. Bir məqamda bizi düşündürür ki, dünya dahillərinin əksəriyyəti həyatına intiharla son verib. Qeyd edim ki, hazırda kitabları bestseller olan dünya şöhrətli psixoloq Ziqmund Freyd də intiharla həyatına son qoyub. Biz heç hələ bilmirik ki, Dəyanətin ölümü intihardır, ya yox. Odur ki, biz təhqiqatın nəticəsini səbirsizliklə gözləyirik. (gununsesi.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR