Bu gün İsmayıllı rayonunda güclü külək və leysan yağışı fəsadlara səbəb olub.
Azadmedia.az ın məlumatına görə təbii fəlakət nəticəsində Lahıc qəsəbəsi ilə İsmayıllı rayonunun nəqliyyat əlaqəsi kəsilib. Dağlardan gələn sel suları, lil qarı və qaya parçaları İsmayıllı-Lahıc avtomobil yoluna tökülüb. Nəticədə yol bağlanıb, nəqliyyatın hərəkəti dayanıb. Bundan əlavə rayonunun elektrik və qaz təchizatına zərər dəyib. Hazirda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, taxil və bostan sahələrinə zərər dəyib
Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür. Dəymiş zərər hesablanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.