AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda qazi özünü yandırdı

  • + A
  • - A
  • 9-06-2023, 11:21

    Naxçıvanda qazi özünü yandırdı

    İyunun 7-də Şahbuz rayon Şahbuzkənd kənd sakini qazi Sahil Məmmədov rayon mərkəzindəki Şəhidlər Xiyabanında özünü yandırıb. 24 yaşlı qazinin 44 günlük Qarabağ mübahiribəsində bədəninin bir neçə yerindən ağır yaralandığı bildirilir. Yaxınlarının „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, o əvvəlcə Şahbuz rayon xəstəxanasına, daha sonra Naxçıvan MR Respublika Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan, bir gün sonra həkimlərin məsləhəti ilə xəstə Bakıdakı 5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsinə gətirilib. Yaxınları bildirir ki, Sahil Məmmədov sosial vəziyyətinin ağırlığına, aidiyyəti qurumların etinasızlığına etiraz olaraq intihara cəhd edib:

    “Təcili Bakıya, yanıq mərkəzinə aparmağımızı istədilər. Burada isə ona 3-cü dərəcə yanıq diaqnozu qoyulub. Bədəninin 70 faizi yanıb. Öünü yandırmasına səbəb, müavinət ala bilməməsi, sosial vəziyyətinin ağırlığı, iş tapa bilməməsi, aidiyyatı qurumların biganəliyi olub. Problemləri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, fikir verən olmayıb. Çarəsizlikdən özünü yandırdı“.

    5 Saylı Klinik Xəstəxananın Yanıq Şöbəsindən də xəbəri təsdiqləyərək, xəstənin vəziyyətinin orta-ağır olduğunu, həyati təhlükə ehtimalının az olduğunu bildirdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR