Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 1 ağacın kəsilməsi, Şəki rayonunun Cəfərəbad kəndində, Saatlı rayonunun Qara Nuru kəndinin ərazisində fəaliyyət göstərən kafenin həyətində, Saatlı şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Xan-Bağı” restoranının həyətində və Şirvan şəhərinin Energetik 2T ünvanında isə ağacların zədələnməsi faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qəbələ rayonunda vətəndaş Mayıs Abdurəhmanov tərəfindən kəsildiyi, Şəki rayonunda vətəndaş Nəsib Əskərov, Saatlı rayonunun Qara-Nuru kəndindəki kafenin nümayəndəsi İlham Səfərov, Saatlı şəhərində “Xan-Bağı” restoranının iş icraçısı Elşən Nərimanov, Şirvan şəhərində isə vətəndaş Tarverdi Dövlətov tərəfindən zədələndiyi məlum olub.
“Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.