Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio (Fernando Villavisensio) seçkiqabağı kampaniyası çərçivəsində etdiyi çıxışdan sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib. Bu barədə hazırkı ölkə prezidenti Gilyermo Lasso X. (tviter) sosial şəbəkə hesabında bildirib. O yazıb: “Cinayət cəzasız qalmayacaq”.
"El Universo" qəzetinin məlumatına görə, F.Villavisensio başından üç güllə yarası alıb.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.