Azərbaycanda isti hava şəraiti iqlim normasını keçməkdə davam edir.
Belə ki, ölkənin Milli Hidrometeorologiya Xidməti avqustun 12-də Bakıda havanın maksimal temperaturunun iqlim normasından 6 dərəcə yüksək olduğunu bildirib. Paytaxtda və Abşeron yarımadasında 41, Naxçıvan Muxtar Respublikasında və ölkənin aran rayonlarında 43, Gəncə-Qazax zonasında 40, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub. .
İsti hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.