Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Fatmai kəndi yaxınlığında döyüş sursatı tapılması barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizlənməsi üzrə əməliyyat qrupu hadisə yerinə cəlb olunub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş sursatın 9 ədəd 108 mm-lik DŞK mərmisinin döyüş istifadəsi üçün yararlı olduğu müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə əməliyyat qrupunun mütəxəssisləri tərəfindən sursatlar götürülərək zərərsizləşdirilməsi üçün ərazidən çıxarılıb.
Hadisə yerinə və ətraf əraziyə əlavə baxış zamanı başqa təhlükəli və şübhəli əşya aşkar edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.