Xəbər verdiyimiz kimi Ucarda qadın naqillə bogularaq öldürülüb. Azadmedia.az xəbər verir ki, dəhşətli hadisə Ucarın Qaradağll kəndində dünən saat 10:30 radələrində qeydə alınıb. Qaradağlı kənd sakini 42 yaşlı Şəlalə Qurbanovanın yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Qonçuların verdiyi məlunata görə, Faiq anasını öldürdükdən sonra babasına xəbər verib. DİN-dən verilən məlumata görə, hadisədən sonra mərhumun oğlu Bakıya gedib.
23 yaşlı Faiq Qurbanov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanıb.
Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik: