Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülüb
Yenilənib
Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.