Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.
Sitat.info xəbər verir ki, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa" otelinin yaxınlığında "saxla" əmri verib.
Polis əməkdaşı sənəd tələb etdi. Partiya sədri sənəd təqdim etməyib, mübahisə yaşanıb. DYP əməkdaşı ilə Nemət Pənahlı arasında təxminən 15 dəqiqə söhbət olub. Mənbə bildirib ki, həmin ərazidə tıxac səbəbindən hadisəni sona qədər izləyə bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.