Kəlbəcərdə minik maşını dərəyə aşıb.
Hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmənədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur.
Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərdə fəlayyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.