Ötən gecə Bakıda baş vermiş ağır cinayətin bəzi təfərrüatları məlum olub.
Azadmedia.az "Den.az"-a istinadla xəbər verir ki, Suraxanı rayon Hövsan qəsəbəsində Hafiz Quliyev küçəsi 29 ünvanında, kirayə yaşadığı evdə boğularaq öldürülən 46 yaşlı Könül Cəfərova yaxınlıqdakı məktəbələrdən birində təmizlik işçisiymiş.
Onun qızı ailə həyatı qurandan sonra qadın həmin mənzildə tək kirayədə yaşayırmış. Hadisə yerində istintaq hərəkətləri apardıldıqdan sonra meyit müayinə üçün məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb Məlumatda o da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Səbuhi Hüseynov özü ərazi üzrə polis bölməsinə gələrək təslim olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.