AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtkin düşən 59 yaşlı şəxs axtarılır

  • + A
  • - A
  • 28-08-2023, 12:09

    İtkin düşən 59 yaşlı şəxs axtarılır

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatı :

    Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova 2023-cü il iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

    Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR