FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.
Əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.