AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çeçenistanın azərbaycanlı səhiyyə naziri Elxan Süleymanov yoxa çıxıb

  • + A
  • - A
  • 11-09-2023, 14:36

    Çeçenistanın azərbaycanlı səhiyyə naziri Elxan Süleymanov yoxa çıxıb

    De Telegraaf qəzeti yazır ki, 2022-ci ilin oktyabrından Çeçenistanın səhiyyə naziri Elxan Süleymanov yoxa çıxıb. Qəzet mənbələrə istinadən Süleymanovun diri-diri torpağa basdırılaraq öldürüldüyünü bildirir. Səbəb kimi isə onun Kadırovun xəstəliyini sağalda bilməməsi qeyd olunur.
    Qeyd edək ki, Elxan Süleymanov əslən azərbaycanlıdır. O, 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. Milliyyətcə ləzgidir.

    Bakıda 245 nömrəli orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetindən fərqlənmə diplomu ilə məzun olub. Ali məktəbi bitirdikdən sonra, 1998-1999-cu illərdə Bakı Xərçəng Araşdırmaları Mərkəzində işləyib.

    Moskvada Rusiya N.N.Bloxin adına Onkologiya Mərkəzinin aspiranturasını bitirib. Həmin dövrdə elmi işini müdafiə edərək tibb elmləri namizədi olub. Bundan sonra Rusiyanın paytaxtında Uşaq Xəstəlikləri Elmi Mərkəzində aparıcı elmi işçi kimi işləyib.

    2012-2014-cü illərdə Moskvada G.N.Speranski adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparıcı elmi işçi olaraq işləyib. Bundan sonra ABŞ-da dünyanın ən böyük onkoloji xəstəxanasında – M.D.Anderson adına Xərçəng Mərkəzi və Almaniyada təcrübə keçib. 2016-cı ildə Çeçenistanın səhiyyə naziri təyin edilib. 2022-ci ilin oktyabrından sonra onu görən olmayıb.
    Məqalə Time TV-ə istinadla verilir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR