Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər zamanı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş İlham İsmayılov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.