AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngilis modeldən İŞİD etirafı: “Məndən ağ dul olmağımı istədilər”

  • + A
  • - A
  • 21-06-2018, 10:01

    İngilis modeldən İŞİD etirafı: “Məndən ağ dul olmağımı istədilər”














    İngiltərədə yaşayan 29 yaşlı Kimberli Mayners İŞİD tərəfindən aldadılıb.
    Model İngiltərəyə bomba ilə hücum etməyi planlaşdıran İŞİD terrorçusu Navid Hüseyin tərəfindən aldadıldığını etiraf edib.

    Mayners İŞİD-in tələsinə salmaq istədiyi insanları necə aldatdığını anladıb.

    Qlamur model Kimberli bildirib ki, hər şey sosial şəbəkədəki səhifəsində Suriyadakı hücumlar nəticəsində ölən uşaqların videolarını paylaşması ilə başlayıb. Bir müddət sonra Navid adlı şəxs ona “Facebook” səhifəsindən yazıb və Suriyaya köçmək üçün təşviq edib. Hüseyin qızdan İŞİD-ə daxil edə biləcəyi ağ dul olmasını istəyib. Hüseyin ilə yazışmaları üzə çıxdıqdan sonra həbs edilən qız Navidin ondan Salli Consun yeni bir versiyası kimi istifadə etmək istədiyinə inanıb.

    Bir müddət Hüseyinlə təmas quran qız ona inanıb və adını dəyişmək istəyib. Mayners üçün yeni ad da təyin edilib. Qərara əsasən, Maynersin yeni adı Ayşa Lauren əl-Britaniya olmalı imiş.
    Mayners bildirir ki, Suriyadakı uşaqlara görə pis olub və onlara kömək etmək üçün hərəkətə keçib. Bu səbəbdən bombalı hücumların videolarını paylaşıb. Sonra isə Suriyadakı insanlardan ona dostluq təklifləri gəlib.

    Onlarla söhbət edən Mayners indi hərəkətlərindən utanır. Hüseyin isə sonradan qızdan “Telegram”da yeni səhifə açmasını tələb edib. Bundan sonra Navid onun Türkiyəyə, oradan da Suriyaya aparılacağını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR