Səfir oğlunun tutulmasından danışdı - “Çox təəssüflənirəm”
Xəbər verdiyimiz kimi, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğlu Emil Osmanov Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Diplomatın 27 yaşlı oğlu qanunsuz bank fəaliyyətində ittiham olunur.
Virtualaz.org məlumatına görə, Q. Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: "Bu, mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.
Məlumata əsasən, Qüdsi Osmanov ilk ailəsi ilə əlaqələri itirib və uzun illər oğlu ilə ünsiyyət qurmayıb. Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.
Q. Osmanov hazırda ikinci dəfə evlidir və bu evlilikdən 3 uşağı var.