Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq Azadmedia.az-a bildirilir ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.